Polis 58 cinayətin üstünü açıb 

11:10 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14-15 mart tarixlərində 58 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, onlardan 18-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 15, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 23 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.